AZ   |   RU
Tarixi andiçmədə verilən mesajlar - Sözü imzası qədər kəsərli olan lider


Fevralın 7-də növbədənkənar keçirilən prezident seçkilərində inamlı qələbə qazanan Azərbaycan Respublikasının dövlət başçısı İlham Əliyev ötən gün Milli Məclisdə keçirilən innaqurasiya mərasimdən and içərək öz vəzifəsinin səlahiyyətlərinə başladı. Dövlət başçısı ötən gün parlamentdə çıxışı zamanı qarşıdakı 7 illik fəaliyyəti dövründə ölkəmizin qarşısında duran bir sıra məsələlərin vacibliyindən danışdı.

Prezidentinin çıxışının əsasını Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılması ilə bağlı üzərinə götürdüyü öhdəlik idi. Hələ İlham Əliyev 2003-cü ildə ilk dəfə prezident seçiləndə torpaqlarımızın erməni işğalından azad ediləcəyinə söz vermişdi. Həmin ildən etibarən Azərbaycan dinamik inkişaf yolunu keçdi və tarixi nailiyyətlər əldə olundu. İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünyada inkişaf etməkdə olan ölkələr sırasına qoşuldu və beynəlxalq aləmdə böyük nüfuz qazandı. Dövlət başçısının uğurlu siyasəti nəticəsində bu gün də bir sıra dünyanın nəhəng gücləri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdırlar. Bütün bunlar isə Azərbaycanın dünyada nə qədər əhəmiyyətli bir dövlət olduğunun əyani sübutudur.

Dövlət başçısı bundan əvvəlki innaqurasiya mərasimində (2018- ci ildə) torpaqlarımızın azad ediləcəyini və Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyini söyləmişdi. Bəli, elə də oldu 2020-ci ilin sentyabrında başlanan 44 günlük müharibə noyabrın 9-da Azərbaycan ordusunun müzəffər qələbəsi ilə başa çatdı. Darmadağın olan Ermənistan ordusu isə kapitulyasiya aktına imza atdı. Ancaq əzici məğlubiyyətə baxmayaraq, Ermənistan rəhbərliyi bunu həzm edə bilmirdi və zaman-zaman bəzi sərsəm fikirlər səsləndirərək, ölkəmizi hədəfə almağa can atırdılar. Qarabağın bir hissəsində qalan erməni separatçıları cəfəngiyyatlar irəli sürərək orada möhkəmlənməyə və separatizmi bölgədə yaymağa can atırdılar.

Azərbaycan isə bu işdə səbr nümayiş etdirərək, məsələnin xoş niyyətlə həll edilməsinin tərəfdarı idi. Ancaq buna baxmayaraq, erməni tərəfi iddialarından əl çəkmir və 9 noyabrda imzalanan üçtərəfli bəyanatın müddalarına əməl etməyərək, bölgədə qalan qoşunlarını geri çəkmək fikrində deyildi. Azərbaycaq tərəfi bununla bağlı İrəvana dəfələrlə xəbərdarlıq etmişdi. Ancaq Ermənistan isə Azərbaycanın bu tələbini qulaqardına vururdu. Və nəhayət 2020-ci ilin 19 sentyabrında Azərbaycan ordusu Qarabağda antitteror əməliyyatlarına start verməyə məcbur oldu. 23 saat davam edən antiterror əməliyyatı zamanı təslim olan separatçılar öz qoşunlarını Qarabağdan çıxarmağı və separatizm iddialarından əl çəkəcəklərini elan etdilər. Anitteror əməliyyatından sonra Azərbaycan tarixində ilk dəfə olaraq öz ərazi bütövlüyünü təmin etmiş oldu.

Bu hadisədən bir neçə gün sonra isə dövlət başçısı Xankəndinə gedərək orada Azərbaycan bayrağını dalğalandırdı və orada çıxışı zamanı Ermənistan tərəfinə mühüm mesajlar göndərdi. İlham Əliyevin 7 fevralda keçirilən prezident seçkilərində Xankəndidə səsverməsi erməni tərəfinə göndərilən vacib mesaj idi. İlham Əliyevin həmin torpaqda bayrağımızı dalğalandırması və səsvermə qutusuna atdığı anket Ermənistanın bütün sərsəm iddialarının üzərindən birdəfəlik xətt çəkdi. Həmin səsvermə ilə bağlı çıxışında İlham Əliyev bildirdi ki, “Xankəndidə qutuya atdığım bülleten sadəcə bülleten deyildi, bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”.

Daşqın Həsənov
Missiya.Az



  • 15-02-2024, 12:24