AZ   |   RU
Bayden: Bu qarşıdurmada 27 mindən çox dinc fələstinli həlak oldu

 

ABŞ prezidenti Co Bayden İsrailin hərtərəfli və məqbul bir plan olmadan Rəfaha girməsinə qarşı olduqlarını bildirib.


Missiya.Az xəbər verir ki, Bayden bunu İordaniya kralı II Abdullah ilə görüşündən sonra Ağ Evdə birgə keçirdiyi mətbuat konfransında deyib.


Qəzza və Yaxın Şərqdəki mövcud hadisələri hərtərəfli müzakirə etdiklərini qeyd edən Bayden Kralla aralarında yaxın və səmimi bir əlaqə olduğunu vurğulayıb.


"Son 4 aydır davam edən müharibədə Fələstin xalqı ağlasığmaz ağrı və itkilər yaşadı. Bu qarşıdurmada minlərlə (27 mindən çox)günahsız fələstinli mülki vətəndaş həyatını itirdi”,-deyə Bayden əlavə edib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 13-02-2024, 09:54