AZ   |   RU
Davosda Azərbaycanın kosmik infrastrukturunun təkmilləşdirilməsi müzakirə edilib


Azərbaycan beynəlxalq "Voyager Space" şirkəti ilə ölkənin kosmik infrastrukturunun təkmilləşdirilməsi istiqamətində əməkdaşlığı müzakirə edib.

Missiya.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir deyib ki, bu barədə müzakirələr Davos İqtisadi Forumu çərçivəsində "Voyager Space" şirkətinin sədri və baş icraçı direktoru Dilan Teylor ilə görüşdə aparılıb:

“Ölkəmizin şirkətlə kosmik infrastrukturun təkmilləşdirilməsi, tədqiqat proqramlarının və texnologiyanın inkişafı kimi istiqamətlərdə əməkdaşlığını, innovativ mexanizmlərin ölkəmizə gətirilməsi və bu sahədə yerli potensialı gücləndirmək imkanlarını nəzərdən keçirdik”.

Davos İqtisadi Forumu (

@wef) çərçivəsində "Voyager Space" (@VoyagerSH) şirkətinin sədri və baş icraçı direktoru Dilan Teylor (@dylan) ilə ölkəmizin şirkətlə kosmik infrastrukturun təkmilləşdirilməsi, tədqiqat proqramlarının və texnologiyanın inkişafı kimi istiqamətlərdə… pic.twitter.com/63mTpnre2x— Mikayil Jabbarov (@MikayilJabbarov) January 19, 2024


  • 19-01-2024, 15:30