AZ   |   RU
“Rosselxoznadzor” Ermənistandan gələn meyvə-tərəvəzin təxminən yarısının nəzarətdən keçmədiyini açıqlayıb


Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) bu il Ermənistandan Rusiyaya təhlükəli bitki məhsullarının ixracı hallarının sayının artmasından narahatdır.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV qurumun məlumatına istinadən məlumat yayıb.


Qeyd olunur ki, iyulun 23-nə olan məlumata görə, Ermənistandan Rusiya bazarına 73,9 min ton meyvə-tərəvəz idxal edilib və bu, 2023-cü ilin eyni dövrü ilə demək olar eynidir. Əsas payı ərik (28,8 min ton), alma (12,4 min ton), pomidor (8,7 min ton), bibər (5,7 min ton) təşkil edir.


Bununla belə, hesabatda bildirilir ki, idxal olunan məhsulların demək olar yarısı təyinat məntəqəsində karantin fitosanitar nəzarəti üçün “Rosselxoznadzor” rəsmilərinə təqdim edilməyib. Bununla əlaqədar olaraq xidmət Ermənistana qanun pozuntularına yol vermiş tədarükçülərə fitosanitar sertifikatların verilməsinin dayandırılması tələbi ilə rəsmi məktub göndərib.


Bundan əlavə, Ermənistanın fitosanitar sertifikatları ilə müşayiət olunan məhsullarda Avrasiya İqtisadi Biriliyi üçün karantin obyektləri müəyyən edilib. Həmçinin pestisidlərin və aqrokimyəvi maddələrin qalıqlarının yol verilən maksimum həddi aşması ilə bağlı 98 fakt qeydə alınıb, ayrı-ayrı aktiv maddələr üzrə norma 5-8 dəfə artıq olub.


Bununla əlaqədar olaraq, “Rosselxoznadzor” Ermənistanın qida təhlükəsizliyi müfəttişliyi orqanına məktub göndərərək, narahatlığını ifadə edib, pozuntuların səbəbləri araşdırılana qədər Rusiya bazarına 16 tədarükçüdən məhsul göndərilməsinin dayandırılmasını istəyib



  • 26-07-2024, 21:17