Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsinə təsdiq olunub.
Missiya.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarksiyan fərman imzalayıb.
Parlamentdə Paşinyanın namizədliyi “Vətəndaş Razılaşması” partiyası tərəfindən irəli sürülüb. Qeyd edilən partiya iyunun 20-də keçirilən növbədənkənar parlament seçilərində qalib gəlib və qanunverici orqanda yerlərin çoxunu qazanıb.
Qeyd edək ki, Nikol Paşinyan ikinci dəfədir Ermənistanın baş naziri təyin olunur. O, 2018 ilin mayında “məxbəri inqilab”la hakimiyyətə gəlib. Paşinyan baş nazir təyin edildikdən sonra Qarabağla bağlı verdiyi sərsəm bəyanatlarla gündəmə gəlmişdi.ElvinMissiya.Az