AZ   |   RU   |   Köhnə versiya

Gürcüstan və Türkiyə XİN başçıları bu gün görüşəcək



Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani Türkiyəyə bu gün rəsmi səfər edəcək.

Missiya.Az
repor-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

D.Zalkaliani səfər çərçivəsində Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu ilə təkbətək və geniş tərkibdə görüş keçirəcək. Görüşlərdən sonra nazirlər mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Gürcü nazirin Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüşü planlaşdırılıb.

D.Zalkaliani Ankarada Mustafa Kamal Atatürkün məzarını da ziyarət edəcək


Baxış sayı: 51
  • 3-03-2021, 11:40