AZ   |   RU
ABŞ dövlət katibinin müavini Çinə səfər edəcək

ABŞ dövlət katibinin müavini Vendi Şerman iyulun 25-26-da Çinə səfər edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumatında bildirilib.

Qeyd olunub ki, V.Şermanın Çin rəsmiləri, o cümlədən xarici işlər naziri Van İ ilə görüşü planlaşdırılıb.

O, Çindən iyulun 27-də Omana yola düşəcək. Şerman orada Oman xarici işlər nazirinin müavini şeyx Xəlifə əl-Xarti ilə görüşəcək.


  • 21-07-2021, 17:08