AZ   |   RU
Leyla Abdullayeva Fransa telekanalında Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərdən danışdı


"Azərbaycan ərazilərində olan Ermənistan silahlı qüvvələrinin qeyri-qanuni birləşmələrinə qarşı lokal antiterror tədbirlər görüb. Üçtərəfli Bəyanatın imzalanmasından 3 il keçməsinə baxmayaraq, Ermənistan üzərinə düşən öhdəliyi yerinə yetirməyib".

Missiya.Az xəbər verir ki, bu barədə Fransanın TV5MONDE televiziya kanalına müsahibəsində səfir Leyla Abdullayeva Azərbaycanın Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən danışarkən deyib.

"Bəyanata əsasən, Ermənistan silahlı birləşmələrini Azərbaycan ərazilərindən çıxarmalı idi. Ancaq 10 min erməni hərbçisi hələ də Azərbaycanın suveren ərazilərində qalmışdı", - o qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 21-09-2023, 17:39