“Rəsmi Bakının belə bir addım atacağı gözlənilirdi. Sadəcə bu prosesi məqsədyönlü şəkildə bir qədər gecikdirdik. Bununla da bizə qarşı göstəriləcək təzyiqləri, real imkanların nə olacağını müəyyənləşdirmək istəyirdik”.
Bu fikirləri Missiya.Az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
Turan Rzayev Azərbaycan tərəfinin Qızıl Aypara Cəmiyyəti vasitəsilə 40 tona yaxın humanitar yükü Qarabağ ermənilərinə göndərməsinin əslində normal hal olduğunu vurğulayıb:
“Azərbaycanın indiki məqamda humanitar yükləri göndərməsi o baxımdan vacibdir ki, Ermənilərin Xankəndidə “aclıq var”, “humanitar böhran”, “Azərbaycan bizi blokada saxlayır” kimi yalanları ifşa edildi. Əgər Blokada, aclıq varsa humanitar yükləri nə üçün istəmirlər. Hesab edirəm ki, bu separatçıların yalanlarını ifşa edəcək bir addım oldu. Ermənilərin “humanitar yardımın ancaq Laçın yolundan gələ bilər” və yaxud da “İrəvanın göndərdiyi yardımlar gələ bilər” fikirlərindən belə qənaət yaranır ki, deməli orda aclıq, böhran yoxdur. Azərbaycan onların bu əməllərinin sadəcə siyasi manipulyasiya xaraketrli addımların olduğunu bir daha sübuta yetirdi. Bakı sözügedən yardımların Ağdam-Xankəndi yolu ilə göndərilməsi tələbində israrlıdır və “Əgər ermənilərin köməyə ehtiyacı varsa bunu biz də qarşılaya bilərik” arqumentini irəli sürür".

Fransanın məsələyə müdaxiləsinə də diqqət çəkən Politoloq qeyd edib ki, rəsmi Paris Cənubi Qafqazdakı mövqelərini gücləndirməyə çalışır. Fransa proseslərdən kənarda qalmaq niyyətində deyil:
"Paris hazırkı mərhələdə destruktiv mövqe göstərir. Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi həqiqətən təəssüf doğrur və müəyyən mənada anlaşılmazdır. Aydındır ki, Makron seçkilərdə qələbəni erməni lobbisi və diasporusunun hesabına qazandı. İndi də onlara sədaqət borcunu ödəyir. Amma rəsmi Paris həmin proseslərə təktərəfli və qeyri-konstruktiv yanaşma sərgiləyərək özünə ziyan vurur. Fransanın bu gün daha ciddi işləri var, onlarla məşğul olmalıdır. Məsələn, arxa baxçası adlandırdığı Qərbi Afrika ölkələrində rəsmi Parisə qarşı konkret hərəkat başlayıb. Manipur, Nefasu, Nigerdə çevrilişlər və hakimiyyətə gələn yeni siyasi institutlar anti-Fransa mövqelidirlər. Rusiya bu gün Fransanın Afinadakı mövqelərini bir –bir ələ keçirir. Bundan başqa, Fransa müstəmləkələri Yeni Kaledoniya, Fransız Qvianası və təbii ki, Korsika adasında ayrılıqçı hərəkatlar edir. Paris bu məsələlərlə məşğul olmaq yerinə cənubi Qafqaza fokuslanıb və ermənilərə protektoratlıq etməkdənsə öz işlərini həll etsə yaxşı olar. Azərbaycan tərəfi qanunsuz heç bir iş görmür. Həm ölkə konstitusiyasına, həm də beynəlxalq hüququn prinsip və normalarına əsasən bizim davranışlarımız legitimdir. Nə Laçın yolundan humanitar yardımların aparılmasına icazə vermədiyimizə görə, nə də ki digər məsələlər səbəbindən heç kəs bizə təzyiq gösətərə bilməz”.
Zərintac Mayisqızı
Missiya.Az