AZ   |   RU
Azmun müqavilə bağlamaq üçün İtaliyaya yollandı


İranda "Bayer Leverkuzen"in hücumçusu Sərdar Azmun İtaliyaya yollanıb.

Missiya.Az
xəbər verir ki, bu barədə "Güney Azərbaycan" teleqram kanalı məlumat yayıb.

"Canavarlar" 28 yaşlı Azmunu sonradan transfer hüquqlarına yiyələnə bilmək şərti ilə icarəyə götürəcək. O mövsümün sonunda transferi reallaşdırmağa qərar verəcəyi halda, qarşı tərəfə 12 milyon avro ödəyəcək.

Qeyd edək ki, Sərdarın Leverkuzen təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayına qədərdir.

Zərintac Mayisqızı
Missiya.Az




  • 25-08-2023, 12:29