- 22-08-2023, 16:03
SON XƏBƏRLƏR
Bu gün, 00:01 |
Dünən, 23:26 |
Dünən, 22:27 |
Dünən, 21:54 |
Dünən, 21:51 |
Dünən, 20:45 |
Dünən, 20:26 |
Dünən, 20:24 |
Dünən, 20:00 |
Dünən, 18:40 |
Cəlilabadda ölü at ətini mal əti adı altında satan şəxs saxlanılıb.
Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları Qida Təhlükəsizliyi Agentliyi ilə birgə vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsində ciddi təhlükə yaradan halların qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Tədbir zamanı Cəlilabad rayonunda qidaya yararsız ölü at ətinin mal əti adı altında satışını təşkil edən rayon sakini Ağalar Mənsimov saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxs Cəlilabad və ətraf ərazilərdən xəstə, təsərrüfatda istifadə edilməyən, ölmüş atları ucuz qiymətə alaraq həyətyanı sahəsində emal edəndən sonra mal əti adı altında satışı ilə məşğul olub.
Ağalar Mənsimovun Cəlilabad rayonunun Suluçeşmə kəndində yerləşən həyətyanı sahəsinə və saxlanc yerinə baxış keçirilərkən qidaya yararsız 1 tondan artıq at əti aşkar olunaraq maddi sübut kimi götürülüb. Təyin olunmuş müvafiq ekspertiza nəticəsində həmin ətin qidaya yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq edilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bu gün, 00:01 |
Dünən, 23:26 |
Dünən, 22:27 |
Dünən, 21:54 |
Dünən, 21:51 |
Dünən, 20:45 |
Dünən, 20:26 |
Dünən, 20:24 |
Dünən, 20:00 |
Dünən, 18:40 |
![]() |
Azərbaycandan gedən 18 ton meyvə Rusiyaya buraxılmadı - "Rosselxoznadzor" qadağası |
![]() |
"Yetenek sizsiniz Türkiye"də daha bir azərbaycanlı - VİDEO |
![]() |
“İrəvan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir” - Ermənistan XİN |
![]() |
“Rusiya telekanalları bağlanarsa, Ermənistanı xoşəgəlməz suprizlər gözləyir” - Lavrovun müavini |
![]() |
“Aİ Ukraynanın yenidən qurulması üçün 2,3 milyard avro ayıracaq” - Ursula fon der Leyen |
![]() |
"Avropa Parlamentinin Gürcüstanla bağlı qətnaməsi utancvericidir" - Kobaxidze |
![]() |
Ermənistan XİN İlham Əliyev və Paşinyan arasındakı görüşün təfərrüatlarını açıqlayıb |
![]() |
“Rusiya aktivləri Ukraynanın bərpasına ayrılmalıdır” - Zelenski |
![]() |
Cennifer Lopez 85 nəfərlə Türkiyəyə gedir: "Mağara"da qalacaq |
![]() |
Aİ Rusiyanın aktivləri hesabına Ukraynaya daha 1 milyard avro ayırıb |
![]() |
Rusiya Azərbaycanda rus məktəbləri üçün irəli sürülən şərtə münasibət bildirib |