“Ukrayna Silahlı Qüvvələrinin bəzi yerləri tam taktiki ələ keçirməsi və Dnepr çayının Rusiya tərəfində möhkəmlənməsi ilə Kiyevin tərəfdarları onun hücumunun nəhayət öz bəhrəsini verdiyini iddia edirlər. Onlar ümid edirlər ki, əməliyyat hələ də Azov sahillərinə çatacaq”.
Missiya.Az “19Fortyfive”ə istinadən xəbər verir ki, bunu ABŞ hərbi qüvvələrinin ehtiyyatda olan zabiti Daniel Davis deyib.
“Ukraynanı hərbi qələbəyə aparan rasional yolu yoxdur. Kiyev və Vaşinqton bu ağrılı reallığa nə qədər laqeyd yanaşsalar, Ukrayna xalqına bir o qədər lazımsız zərər dəyəcək və onlar danışıqlar yolu ilə bir o qədər çox ərazini verə bilərlər. Diplomatiyaya üstünlük vermək və danışıqlar yolu ilə həll yolu axtarmağın vaxtı çatıb”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, əksər analitiklər və ekspertlər belə təəssürat yaradırlar ki, Ukrayna hərbçiləri müəyyən miqdarda müasir silahlar aldıqdan və onların kifayət qədər sayda qüvvələri NATO-da dərin təlim keçdikdən sonra onlar Rusiyanı məğlub edə bilcəklər.
Davis qeyd edib ki, Ukrayna heç vaxt döyüş meydanında öz azadlığını qazana bilməyəcək:
“Hazırda malik olduğu ərazini qorumaq və torpaqların daha da itirilməsinin qarşısını almaq üçün Kiyev sərt reallıqla barışmalıdır ki, indi ən ağlabatan kurs münaqişəni dondurmaq və müharibəni dayandırmaq üçün danışıqlara başlamaqdır”, - deyə siyasətçi bildirib.
Daşqın Həsənov
Missiya.Az