AZ   |   RU
İlham Əliyevlə Paşinyan bu ayın sonu Dubayda görüşəcəklər - Britaniya mediası

Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ayın sonunda Dubayda görüşü planlaşdırılır.


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Britaniya qəzeti “Middle East Eye” məlumat yayıb.


Media orqanı xatırladır ki, iki lider sonuncu dəfə may ayında Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində görüşüblər və burada ünsiyyət xətlərini açıq saxlamağa söz veriblər.


Elcan
Missiya.Az



  • Bu gün, 10:23