AZ   |   RU
Sadır Japarov Azərbaycana gəlir

Qırğızıstan Prezidenti Sadır Japarov İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci sammitində iştirak etmək üçün iyulun 3-4-də Azərbaycanda işgüzar səfərdə olacaq. 


Missiya.Az qırğız mediasına istinadən xəbər verir ki, bunu ölkənin Prezident Aparatının Xarici Siyasət Departamentinin rəhbəri Saqinbek Abdumutalip deyib.



Onun sözlərinə görə, sammitin mövzusu təhlükəsiz və iqlimə davamlı gələcək üçün yeni baxışdır. Tərəflər təşkilatın gündəliyində duran cari məsələləri, o cümlədən üzv dövlətlərin iqlim dəyişikliyinin qarşısının alınması üçün həyata keçirdiyi tədbirləri müzakirə edəcəklər. 


İşgüzar səfər çərçivəsində Qırğızıstan tərəfindən Azərbaycanın Ağdam rayonunda inşa edilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı da olacaq.



Nurlana Əhmədova
Missiya.Az



  • Bu gün, 10:01