AZ   |   RU
Xankəndidə separatçılar arasında qarşıdurma kritik həddə - Vardanyan “ razborkalara” işarə edir, Tovmasyan Arayiki istefaya çağırır


İndi Hamının əsəbləri gərgindir, vəziyyət çox ağırdır. Və bu şəraitdə sərt sözlər və hətta ultimatum bəyanatlar başadüşüləndir”. 


Missiya.Az xəbər verir ki, bunu Xankəndidəki separatçıların əsas simalarından olan Ruben Vardanyan özünün Facebook səhifəsində yazıb.


Separatçılasr arasında qarşıdurmanın kritik həddə çatdığına, münasibətlərin hətta hüququdan kənar qaydalarla- “razborkalarla”  aydınlıq gətirilməsinə meyillərin olduğuna  işarə edən Vardanyan hesab edir ki, indiki halda normal vaxtı adi hesab olunan mübahisələrə belə yol verilməməlidir: 


“Çünki düşmən dərhal bundan yararlanacaq. Bunu hamı başa düşməlidir - həm müzakirələrə təşəbbüs edənlər, həm istefa ilə bağlı müxtəlif təşəbbüslərlə çıxış edənlər, həm də Ermənistanda etinasız bəyanatlar verənlər. Kimin hakimiyyətinin qanuni, kimin qeyri-qanuni olduğunu soruşsaq, düşmən bundan istifadə edəcək. Ona görə də mən hər kəsi - həm dövlət başçısını, həm parlament rəhbərini, həm partiya və siyasi qüvvələrin rəhbərlərini, hətta özümü emosiyalara qapılmamağa, hüquqi müstəvidən kənarda bəzi gözlənilməz həll yolları axtarmamağa çağırıram.


Göründüyü kimi Xankəndidə separatçılar arasında parçalanma dərinləşib, mərkəzdənqaçma meyilləri güclənib. Arayik Arutunyanın komandasında təmsil olunanlar belə onu istefaya və etimad referendumuna çağırırlar. Qondarma Parlamentin sədri Artur Tovmasyan təklif edib ki, yeni müdafiə komitəsi yaradılsın və orada Ruben Vardanyan da təmsil olunsun.  Bu isə onu göstərir ki, Vardanyan yenidən vəzifə əldə etmək istəyir və bu işdə ona Tovmasyan da dəstək verir. Tovmasyanın arayiki istefaya çağırması da təsadüfi hesab olunmur.  


Elcan
Missiya.Az



  • 19-05-2023, 13:10