AZ   |   RU
Əlbəyaxa döyüş növlərini öyrənin - İranın keçmiş kəşfiyyat nazirindən mollalara çağırış


Son vaxtlar İranda mollalara qarşı hücumların artması keçmiş ETTELAAT naziri Əli Fəllahiyanı da vahiməyə salıb.

Missiya.Az "Azad İran" kanalına istinadən xəbər verir ki, Əli Fəllahiyanı, molla və cümə imamlarına qarşı təhlükə və hücumların artdığını deyib və bunun qarşısının alınması üçün onların döyüş sənətləri, həmçinin, əlbəyaxa döyüş növlərini öyrənməyə çağırıb.

"Şəxsi təhlükəsizliyə diqqət yetirilməlidir. Cümə imamlarını döyüş növlərini öyrənməyə çağırıram. Onlar bilməlidirlər ki, düşmən yatmayıb və hər an onlara hücum edilə bilər",- ETTELAAT naziri bildirib.

Qeyd edək ki, xüsusilə son illər İranın müxtəlif yerlərində mollaların vətəndaşların şəxsi həyatına müdaxilələri onların döyülməsi, bir sıra hallarda isə öldürülmələri ilə nəticələnib.

Son bir ildə ölkənin Qum, İsfahan, Tehran, Günbəd-Kavus, Zahidan bölgələrində onlarla mollaya hücum edilib və onlardan dördü həyatını itirib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 2-05-2023, 12:45