ABŞ Prezidenti Baydenin bu günnən başlayan turunun ilk dayanacağı İngiltərə olacaq.
Missiya.Az xəbər verir ki, Bayden, Baş nazir Boris Johnson və İngiltərə kraliçası II Yelizabet ilə görüşəcək və 11-13 iyun tarixləri arasında G7 Sammitində iştirak edəcək.
Bayden İngiltərədən sonra 13 iyun tarixində Belçikanın paytaxtı Brüsselə gedəcək. O, iyunun 14-də NATO Zirvəsinə qatılacaq və elə orada da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ilk dəfə üz-üzə görüşəcək. Görüşdə ikitərəfli münasibətlərin müzakirə ediləcəyi gözlənilir.
Bayden, iyunun 15-də Brüsseldə keçiriləcək ABŞ-AB Sammitində iştirak edəcək və bir gün sonra İsveçrənin Cenevrə Şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.