AZ   |   RU

Rövnəq Abdullayev mötəbər qurumun İcraiyyə Komitəsinə üzv seçildi



Bu gün Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Cüdo Federasiyasının (IJF) konqresi keçirilib.

Missiya.Az xəbər verir ki, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər.

Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub. İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilib.
Həmçinin, təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib. Həmçinin IJF Nizamnaməsinin nizam-intizam və etik kodekslə bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Vizer yeganə namizəd kimi yekdilliklə IJF-in prezidenti seçilib.
Daha sonra o, növbəti dörd il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev ikinci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib. Sonda Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.


Baxış sayı: 112
  • 3-06-2021, 17:54