AZ   |   RU
Hərbi qulluqçumuz Türkiyədə kursu birinciliklə bitirib - FOTO

Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi qulluqçusu kapitan Yaqubov Tural Ağaəli oğlu Türkiyə Respublikasında təşkil olunan kursu birinciliklə bitirib.

Bu barədə Missiya.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyənin Hava Tədris Komandanlığının məktəblərindən birində keçirilən ingilis dili kursunda Azərbaycan, Türkiyə, Qırğızıstan, Gürcüstan, Ukrayna və Mavritaniyadan olan hərbi qulluqçular iştirak ediblər.

Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikatlar təqdim olunub.


  • 14-02-2023, 15:12