Bu gün Peloponnes yarımadasının şimal-qərbindəki Andravida aviabazasının yaxınlığında dənizə düşən Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus “F-4” qırıcısının pilotlarından biri ölüb.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Yunanıstan Hərbi Hava Qüvvələrinin Baş Qərargahının rəsmi açıqlamasında deyilir.
Məlumata görə, 29 yaşlı leytenant Marios-Mixail Turutsikas ölü halda tapılıb, təyyarə komandiri, 31 yaşlı aviasiya kapitanı Efstatios Tsitlakidisin axtarışları isə davam etdirilir.
Pilotların katapult edə biləcəyi barədə məlumat təsdiqlənməyib.
Xatırladaq ki, iki nəfərlik “F-4” qırıcısı səhər saatlarında Andravida hava limanından 25 dəniz mili cənubda dənizdə təlim uçuşu zamanı qəzaya uğrayıb. Uçuşda onu başqa bir “Phantom” müşayiət edirdi.