Gəncədə bir ailənin üç üzvü bıçaqlanıb.
Bu barədə Missiya.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə1993-cü il təvəllüdlü Elnurə Əlimardanova, 1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini, 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.