Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı özünə yeni köməkçi təyin edib.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.
Əmrə əsasən, Rəhim Rəhimli sədrin köməkçisi vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, R.Rəhimli 1984-cü ildə İsmayıllı rayonunda anadan olub. Bakı Dövlət Universitetində bakalavr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında magistr təhsili alıb. 2009-cu ildən bu günə qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Bu gündən etibarən isə fəaliyyətini sədrin köməkçisi vəzifəsində davam etdirəcək.
Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azərbaycan Prezidentinin 22 iyun 2019-cu il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.