AZ   |   RU
Azərbaycanın diaspor sədri Ukrayna vətəndaşlığını qəbul etdi - "Son damla qanımıza qədər..." - FOTO


Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UABD) sədri, hüquq elmləri doktoru Hikmət Cavadov Ukrayna vətəndaşlığını  qəbul edib.

Missiya.Az
xəbər verir ki, bu barədə doaspor liderinin özü rəsmi Facebook səhifəsində post paylaşıb.

UABD-nin Ukraynanın ərazi bütövlüyünün müdafiəsində fəal iştirak etdiyini qeyd edən H.Cavadov bunu sözlə deyil, konkret əməllərlə sübut etdiklərini vurğulayıb: 

"Bir çoxlarımız üçün Ukrayna doğma vətənimizdir və biz onu son damla qanımıza qədər müdafiə etməyə hazırıq. Məsələn, mən Narıncı İnqilab və Ləyaqət İnqilabının fəal iştirakçısı olmuşam. Ukraynanın gələcəyinə inanıram və buna görə də aktiv informasiya müharibəsi aparır, mülki əhaliyə və orduya humanitar yardım göstərmək üçün tədbirlər həyata keçirirəm. Hələ 2009-cu ildə Ukrayna vətəndaşlığını almaq imkanım var idi. Lakin indi - ölkə üçün bu ağır günlərdə vətəndaş mövqeyimin ifadəsi kimi Ukrayna vətəndaşlığını qəbul etdim" - deyə, Diaspor sədri qeyd edib.

H.Cavadovun sözlərinə görə, Ukraynanın bəzi vətəndaşları ölkəni tərk edir, lakin onun Ukrayna dövlətinə və xalqına sonsuz inamı var:

"Bu ölkənin gözəl gələcəyinə şübhə etmirəm. Bu çətin zamanda Ukrayna vətəndaşı olmaq mənim üçün böyük şərəfdir. Mənə Ukrayna vətəndaşı olmaq şərəfini verdiyi üçün Prezident Vladimir Zelenskiyə minnətdaram!
Qələbə bizim olacaq" - deyə, H.Cavadov vurğulayıb.

Elcan
Missiya.Az




  • 8-01-2023, 21:54