AZ   |   RU   |   Köhnə versiya

Milli Məclisin deputatları Sankt-Peterburqa səfər edəcək


Milli Məclisin (MM) deputatları Emin Hacıyev və Nigar Arpadarai MDB-yə üzv dövlətlərin Parlamentlərarası Gənclər Assambleyasının 16-cı iclasının tədbirlərində iştirak etmək üçün mayın 18-dən 22-nə kimi Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.

Missiya.Az Report.az-a istinadən xəbər verir ki, Parlamentlərarası Gənclər Assambleyasının iclasında Emin Hacıyevin, “Gənclərin seçki prosesində iştirakı: MDB PA-nın üzv dövlətlərinin təcrübəsi” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda isə Nigar Arpadarainin çıxışı nəzərdə tutulub.


Baxış sayı: 51
  • 17-05-2021, 12:31