Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinə səfərə gələn Estoniya, İslandiya, Latviya, Litva, Norveç, Finlandiya və İsveçin xarici işlər nazirlərini qəbul edib.Missiya.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Zelenski özünün "tviter" hesabında məlumat yayıb.
“Sizin səfəriniz tərəfdaş ölkələrin Ukraynaya güclü dəstəyinin və həmrəyliyinin mühüm əlamətidir, xüsusən də ən ciddi çətinliklərin olduğu bir vaxtda”, - deyə Zelenski vurğulayıb.
Zelenski qeyd edib ki, Baltikyanı və Şimali Avropa ölkələrinə Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinin qorunmasında fəal və səmərəli köməyə görə təşəkkür edirəm.
Daşqın Həsənov
Missiya.Az