Braziliyanın seçki məhkəməsi Jair Bolsonaronun ifrat sağçı partiyasının prezident seçkilərinin nəticələrinə qarşı şikayətini rədd edib.
Missiya.Az “TRT Haber”ə istinadən xəbər verir ki, məhkəmə şikayətin pis niyyətlə edildiyini bildirib və partiyanı 4,3 milyon dollar cərimələyib.
Jair Bolsonaronun partiyası az fərqlə Luiz İnasio Lula da Silvaya uduzub və heç bir sübut olmadan səsvermə maşınlarının ələ keçirildiyini iddia edib.
Ali Seçki Məhkəməsinin sədri Alexandre de Moraes partiyanın şikayətinin demokratik normalara hücum olduğunu, cinayətkar və antidemokratik hərəkatları təşviq etmək məqsədi daşıdığını bildirib.
Bolsonaro daha əvvəl Braziliyanın elektron səsvermə sisteminin saxtakarlığa qarşı olmadığını iddia edib və hələ də məğlubiyyətini etiraf etməyib, lakin prezidentliyə keçidi təsdiqləyib.
Qeyd edək ki, Luiz İnasio Lula yanvarın 1-də vəzifəsinin icrasına başlayacaq.
Leyla SƏMƏNDƏR
Missiya.Az