AZ   |   RU
Hikmət Hacıyev və İsrail XİN-in baş direktoru arasında telefon danışığı olub

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) baş direktoru Alon Uşpizlə telefonla danışıb.

Missiya.Az
xəbər verir ki, bu barədə İsrailin Azərbaycandakı səfiri Corc Dik tviterdə yazıb.

Onun sözlərinə görə, telefon danışığı zamanı İsrail XİN-in baş direktoru Azərbaycanın İsraildə səfirlik açmaq qərarını alqışlayıb: “Tərəflər həmçinin ikitərəfli və regional məsələləri müzakirə ediblər”.


  • 21-11-2022, 18:47