AZ   |   RU
Bakı-Qazax yolunda zəncirvari qəza ilə bağlı rəsmi açıqlama: ölən və yaralanan var

Bakı-Ələt-Qazax magistral yolunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.

Missiya.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.

O qeyd edib ki, 10-dan çox avtomobilin iştirakı ilə baş verən qəzada “VAZ-2107” markalı avtomobildə bir nəfər ölüb:

“Hazırda əməkdaşlarımız hadisə yerində araşdırma aparır. Ölən və yaralanan şəxslərin kimliyi isə hələlik məlum deyil”.

  • 24-02-2021, 11:37