AZ   |   RU
Türkiyə məşhurlarından Gülşənin həbsinə reaksiya
 
Məşhur müğənni Gülşən "xalqı kin və düşmənçiliyə sövq etdiyi" üçün həbsxanaya göndərilib.

Missiya.Az haberglobal-a istinadən xəbər verir ki, Gülşənin həbsinə məşhur müğənnilər sosial mediada reaksiya verib.

EDIS GÖRGÜLÜ
"Kədərim sözlə ifadə edilə bilməz. Hər kəsi və hər şeyi anlaya bilsəm də, yaxın dostumun və həmkarımın ifadələrinə görə bir sənətçinin həbsxanaya göndərilməsi məni çox sarsıtdı. Dostumun səmimi dediklərinə inanıram. Türk ədalətinin bu məsələyə yenidən baxmasını arzu edirəm. Hörmətlə, Edis".


HADSIE
"Çox üzr istəyirəm... Hamımız insanıq, insan olduğumuz üçün səhvlər edə bilərik! Üzr istəmək, üzr istəməyi bacarmaq böyük bir fəzilətdir. Qadınları vəhşicəsinə öldürən, arvadını uşaqlarının gözü qarşısında döyən, 2 ay yatıb çıxaram deyən  kişilər Gülşən kimi həbs olunsaydı" Bu gün neçə qadın yaşayacaqdı?"


SİLA
"Ədalət hamıya lazımdır, hər zaman lazımlıdır və hamıya bərabərdir. Həbs olunmaq nədir?"




ARMAĞAN ÇAĞLAYAN
"Həbs nə deməkdir? İnanılmazdır!"




SELDA BAĞCAN
"Gülşəni dərhal buraxın.. Bu qədər şöhrəti ilə hara qaçacaqdı..."


 

DERYA ULUG
"Gülşən üçün bu qədər sürətlə irəliləyən ədalət sistemindən, uşaqları, qadınları zorlayanlara, onların qatillərinə, onlarla cinayət törədib küçələrdə dolaşanlara qarşı eyni ədaləti gözləyirik, Tez!"




GÖKSEL
"Aylar əvvəl söylənilən hökmə görə həbs olunmaq? Bu, heç də ədalətli deyil. Hamı ilə bərabər davranmaq ədalətli deyilmi? Üstəlik, Gülşən üzr istədi! Çox təəssüf edirəm".




BERKAY ŞAHİN
"İndi ədalət deyilən bu tərəzi hər kəsi çəkmir? Silah qaçaqmalçısı, uşaq təcavüzü, qadınları döyən, oğru-oğru həbssiz mühakimə olunacaq! İfadəsi alınacaq, sərbəst buraxılacaq! Gülşən anında həbs olunacaq. Gülşen bir ulduzdur. Bu hadisə onu daha da böyüdəcək."



MABEL MATİZ
“Gülsen dərhal azad edilməlidir”.




Qeyd edək ki, Gülşen, konsertlərinin birində İmam Hatip Liseyi şagirdlərinin ünvanına söylədiyi fikirlərə görə "ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək" ittihamı ilə Növbətçi Sülh Cəza Məhkəməsində həbs edilib. 46 yaşlı müğənni Bakırköy Qadın Qapalı Həbsxanasına göndərilib.

Leyla Səməndər
Missiya.Az







  • 26-08-2022, 12:09