AZ   |   RU
Paşinyan Azərbaycan-Ermənistan sülh müqaviləsindən danışdı

"Sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair Ermənistan-Azərbaycan layihəsinin mətni razılaşdırılıb və mətn üzrə danışıqlar başa çatıb".

Missiya.Az 
xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında deyib.


"İndi mahiyyət etibarı ilə elan edilib-edilməməsindən asılı olmayaraq, bu və ya başqa başlıq altında biz Azərbaycanla necə irəliləyəcəyik, yol xəritəsinin nə ola biləcəyi ilə bağlı məsləhətləşmələrə başlamışıq. Sülh sazişinin imzalanması istiqamətində irəliləmək üçün heç bir fürsəti əldən verməyəcəyik. İrəvan və Bakı sülh sazişini imzalamazdan əvvəl onu paraflaya bilər. Belə bir ideya müzakirə masasındadır", - o qeyd edib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 12:58