AZ   |   RU
İranla Çin arasında ikitərəfli və regional hadisələr müzakirə olunub

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi və çinli həmkarı Vanq Yi ikitərəfli, regional məsələləri müzakirə ediblər. 


Missiya.Az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.


Əraqçi İran və Çinin iki qədim sivilizasiyası arasında tarixi əlaqələri vurğulayaraq, İran hökumətinin Çin ilə qarşılıqlı hörmət və etimada əsaslanan hərtərəfli strateji əməkdaşlığın artırılmasına qəti sadiqliyini təsdiqləyib. O, həmçinin beynəlxalq forumlarda, xüsusən də BMT Təhlükəsizlik Şurasında İsrail və ABŞ-nin İrana hücumlarını pisləyən mövqeyinə görə Çinə təşəkkür edib. 


Vanq Yi isə öz növbəsində Çinin İranın ərazi bütövlüyü, suverenliyi və milli təhlükəsizliyinə qəti dəstəyini təsdiqləyib. O, həmçinin gərginliyin qarşısını almaq üçün ikitərəfli və çoxtərəfli səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.



Nurlana Əhmədova
Missiya.Az




  • Bu gün, 14:30