AZ   |   RU
“Ermənistan nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır” - Paşinyan

“Ermənistanın blokadanın götürülməsi ilə bağlı mövqeyi ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasının qorunması prinsiplərinə əsaslanır”.


Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.


Siyasətçi bütün cari və gələcək addımların yalnız bu çərçivədə nəzərdə tutulduğunu vurğulayıb.


Paşinyan autsorsing mövzusuna toxunaraq qeyd edib ki, Ermənistanda belə təcrübə artıq mövcuddur:


“Nümunə olaraq o, Zvartnots hava limanını və idarəçiliyi başqa təşkilatlara həvalə edilmiş, lakin onlar Ermənistan dövlətinin mülkiyyətində qalmaqda davam edir”, - deyə siyasətçi əlavə edib.


Paşinyan bildirib ki, söhbət ərazi güzəştlərindən yox, icarə və əməkdaşlıqdan gedir. 


Onun sözlərinə Ermənistan nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır. Bu proses ikitərəfli ticarətə, beynəlxalq kommunikasiyalara və tranzit yüklərin daşınmasına da aiddir.


Paşinyan bəyan edib ki, bütün danışıqlar və mümkün razılaşmalar Ermənistanın suverenliyi prinsiplərinə tam uyğun olmalıdır.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:03