AZ   |   RU
“Ermənistan Aİ-yə üzv olmağa can atır” - Paşinyan

“Ermənistan Avropa İttifaqına (Aİ) üzv olmaq istəyir və buna can atır”.


Missiya.Az “NEWS.am”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransı zamanı deyib.


“Bu asan proses deyil və ölkə müəyyən kriteriyalara cavab verməlidir", - deyə siyasətçi vurğulayıb.


Onun sözlərinə görə, bu prosesin tərkib hissəsi kimi Ermənistanda Avropa standartlarına uyğun islahatlar həyata keçirilir. 


"İki variant var: Ölkə ya Aİ-yə qəbul olunur, ya da qəbul olunmur. Olmasa belə, Ermənistan Avropa standartları səviyyəsinə yüksəlir", - deyə siyasətçi əlavə edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 15:11