AZ   |   RU
Türkiyədə meşə yanğınları ilə mübarizə davam edir

Türkiyədə Tekirdağın Şarköy rayonunda baş verən və Çanaqqalanın Gelibolu mahalına sıçrayan meşə yanğının havadan və qurudan söndürülməsi davam edir.

Missiya.Az 
xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.


Dünən günorta saatlarında İstiklal məhəlləsindəki əkinçilik sahəsində başlayan və meşəyə sıçrayan yanğın küləyin təsiri ilə geniş yayılıb və havanın açılmasıyla təyyarələrlə müdaxilə yenidən aktivləşdirilib. Quru əməliyyatı 100-ə yaxın su maşını, təxminən 400 personal və 21 təyyarə ilə davam edir.




Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:33