AZ   |   RU
Rusiya ordusu Donetskdə daha bir kəndi işğal edib

Rusiya qoşunları Ukraynanın Donetsk vilayətinin Novokhatskoy kəndini ələ keçirib.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Bildirilib ki, buna “Şərq” hərbi qrupunun bölmələrinin qətiyyətli hərəkətləri nəticəsində nail olunub.


Qeyd edək ki, Rusiya ordusu Donetskdə irəliləməyə davam edir.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 13:34