Türkiyə Silahlı Qüvvələri Şanlıurfa vilayətində hərbi əməliyyat keçirərək 22 terrorçunu zərərsizləşdirib.
Missiya.Az “Haber Qlobal”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, “Şanlıurfa Birecik sərhəd məntəqəsində iki qəhrəman yoldaşımızın şəhid olduğu terror hücumundan sonra bölgədə müəyyən edilmiş hədəfləri vurmağa davam edirik. Hazırda 22 terrorçunu məhv etmişik. Əməliyyatlarımız sürəti azaltmadan davam edəcək”.
Qeyd edək ki, Ötən gün terrorçuların Türkiyənin Şanlıurfa vilayətində yerləşən sərhəd məntəqəsinə hücumu nəticəsində iki əsgər şəhid olmuşdu.
Daşqın Həsənov
Missiya.Az