BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə cümə axşamı Ukraynaya səfər edəcək.
Missiya.Az Report-a istinadən xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.
Sözçü bildirib ki, baş katib Ukraynanın Lvov şəhərində Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan, Volodimir Zelenski ilə ikitərəfli və üçtərəfli görüşlər keçirəcək.
“Baş katib görüşlərdən sonra Odessanı ziyarət edəcək.
Antoniu Quttereş həftə sonu Nyu-Yorka qayıtmazdan əvvəl İstanbula gedəcək və Qara dəniz taxıl təşəbbüsünün bir hissəsi kimi istifadə edilən üç limandan birini ziyarət edəcək. Baş katib İstanbulda Ukrayna, Türkiyə və BMT arasında imzalanan taxıl ixracı haqqında sazişin icası üçün ortaq koordinasiya mərkəzini də, ziyarət edəcək”.