AZ   |   RU
İslamiada: Azərbaycanın qadınlardan ibarət basketbol yığması 1/4 finala yüksəlib

Qadınlardan ibarət 3x3 basketbol növü üzrə Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 1/4 final mərhələsinə yüksəlib. 

Missiya.Az
Report-a istinadən xəbər verir ki,  C qrupunda qərarlaşan yığma ikinci görüşündə Qırğızıstan seçməsi ilə üz-üzə gəlib. 
Qarşılaşma Azərbaycan komandasının 21:4 hesablı qələbəsi ilə bitib. Qrupu lider tamamlayan milli 1/4 final mərhələsinə vəsiqəni təmin edib. 

 Qeyd edək ki, yığma bu raundda Qətərlə görüşəcək. 

  • 16-08-2022, 09:13