AZ   |   RU
Qazilər üçün Türkiyədən həkim heyəti gətirildi

“YAŞAT” Fondunun dəstəyi, Azərbaycan Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə Türkiyədən həkim heyəti ölkəmizə gətirilib.

Missiya.Az xəbər verir ki, heyətin tərkibində  ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər var.

Türkiyəli yüksək ixtisaslı həkimlər 3 gün ərzində Vətən müharibəsində ağır yaralanmış 150-dən çox hərbi qulluqçumuzun müayinəsini həyata keçirəcəklər.  

Ağır yaralı olan qazilərimizin həkim rəyi əsasında xaricə göndərilməsi də Fond tərəfindən təmin ediləcək.









  • 23-02-2021, 16:56