AZ   |   RU
Çövkən oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçiriləcək
 
Bu gün Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Çövkən Milli Atüstü oyunu üzrə “Şuşa Kuboku”nun final görüşü keçiriləcək.

Missiya.Az
Trend-ə istinadən xəbər verir ki, final görüşündə “Buta Qolden” və “Polad” komandaları birincilik uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, qrup oyunları nəticəsində 3 güc səbətindən eyni reytinqə sahib olan komandalar arasında A Qrupunda yer alan “Sərhədçi Dilbaz” və “Polad” komandaları, B Qrupundan isə “Buta Qolden” və “Köhlən” komandaları yarımfinala vəsiqə qazanmışdır. Yarımfinal oyunlarında “Buta Qolden” komandası “Sərhədçi Dilbaz” komandası üzərində 5-3 hesablı, “Polad” komandası isə “Köhlən” komandası üzərində 4-0 hesablı qələbə qazanmışdı.

“Sərhədçi Dilbaz” və “Köhlən” komandaları arasında “Şuşa Kuboku”nda 3-cü yer uğrunda mübarizə isə “Sərhədçi Dilbaz” komandasının 5-0 hesablı qələbəsi ilə yekunlaşmışdı.


  • 6-08-2022, 09:42