AZ   |   RU
Kuleba: NATO-nun Ukrayna ilə bağlı mövqeyi yaxın gələcəkdə dəyişməyəcək


“NATO-nun Avropa Birliyi kimi mövqeyini dəyişməsi və Ukraynanın Alyansa üzv edilməsi ilə bağlı konkret işlər görməyə başlaması potensialını görmürəm”.

Missiya.Az
  “Anadolu agentliyi”-nə istinadən xəbər verir ki, bu sözləri Ukraynanın Xarici İşlər naziri Dmitri Kuleba deyib.

Kuleba NATO-nun Ukrayna ilə bağlı qeyri-rəsmi qərar verdiyini deyib: “İndi onlar yardım paketlərini yenidən formalaşdırdıqdan sonra yeni müzakirələrə başlaya bilərik.

Lakin strateji baxımdan NATO-nun Ukraynanı dəstəkləməkdə ön sıralarda olmayacağına qərar verilib”.

Kuleba onu da əlavə edib ki, NATO üzvü kimi ABŞ-ın yardımı ilə NATO-nun yardımı arasında çox ciddi fərq qoyulmalıdır.

Teymur Aslanov
Missiya.Az


  • 4-07-2022, 15:01