Türkiyə gömrüyü Ukrayna taxılını daşıdığı iddia edilən Rusiya gəmisinin saxlanıldığını təsdiqləyib.
Missiya.Az lenta.ru-a istinadən xəbər verir ki, yük gəmisinin Türkiyədə saxlanılması faktını Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar bildirib.
Səfir qeyd edib ki, hazırda araşdırma aparılır, Türkiyə hakimiyyəti isə hələlik yük gəmisinin taleyi ilə bağlı konkret qərar qəbul etməyib.
Onun sözlərinə görə, Rusiya gəmisinin taleyi müstəntiqlərin bu gün keçiriləcək iclasında həll olunacaq.
Qeyd edək ki, iyulun 1-də “Reuters” Kiyevin Ankaradan Berdyans şəhərindən Qara dəmniz vasitəsi ilə Rusiya bayrağı altında taxıl daşıyan gəmini saxlayıb, həbs etməsini istəyib.
Agentliyin xəbərinə görə, gəmidə təxminən 4,5 min ton Ukrayna taxılı var.
Teymur Aslanov
Missiya.Az