AZ   |   RU
Pakistanda avtobus dərəyə aşıb

Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 19 nəfər ölüb, 12 nəfər yaralanıb.

Missiya.Az
Oxu.az-a istinadən xəbər verir ki, hadisəyə səbəb yağış zamanı sürücünün idarəetməni itirməsi olub. Yaralılar yerli xəstəxanalara çatdırılıb. Onlardan bəzilərinin vəziyyəti ağırdır.

Qeyd edək ki, Bəlucistan əyalətinin paytaxtı Kvettadan İslamabada gedən avtobusda 30 sərnişin olub.


  • 3-07-2022, 21:43