AZ   |   RU
Avropa çempionatı: Azərbaycanın mini-futbol yığması yarımfinala yüksəlib


Mini-futbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, Elşad Quliyevin baş məşqçi olduğu kollektiv 1/4 finalda Slovakiyanı məğlubiyyətə uğradıb - 1:0. Yeganə qolu 42-ci dəqiqədə Elvin Əlizadə vurub. 49-cu dəqiqədə Vüsal İsayev qırmızı vərəqə alsa da, hesabı sonadək qorumaq mümkün olub.

Növbəti mərhələdə rəqib Qazaxıstan millisi olacaq.

  • 10-06-2022, 00:49