AZ   |   RU
Sərhədlə bağlı komissiya yaradıldı


Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə aşağıdakı tərkibdə Dövlət Komissiyası (bundan sonra – Dövlət Komissiyası) yaradılıb:

Komissiyanın sədri
Şahin Mustafayev – Baş nazirin müavini

Komissiyanın üzvləri
Naxçıvan Muxtar Respublikasının Baş nazirinin müavini
Xarici işlər nazirinin müavini
Daxili işlər nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Ədliyyə nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Müdafiə nazirinin müavini
Dövlət Təhlükəsizliyi Xidməti rəisinin birinci müavini
Dövlət Sərhəd Xidməti rəisinin müavini
Xarici Kəşfiyyat Xidməti rəisinin müavini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi
Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri
Qazax Rayon İcra Hakimiyyətinin başçısı
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı
Tovuz Rayon İcra Hakimiyyətinin başçısı
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı
Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı
Laçın Rayon İcra Hakimiyyətinin başçısı
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı.

Nazirlər Kabineti Dövlət Komissiyasının Katibliyinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət müntəzəm fəaliyyət göstərəcək ekspert qrupunun yaradılmasını təmin etməlidir.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


  • 23-05-2022, 19:19