AZ   |   RU
Nazir: "Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində iki başlıca istiqamət var"

“Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində iki başlıca istiqamət var”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin əmək və sosial müdafiə naziri Vedat Bilgin bildirib.

"Azərbaycanla sosial müdafiə, əmək və məşğulluq sahəsi üzrə əsas əməkdaşlıqlarımızdan biri iş həyatının ILO (Beynəlxalq Əmək Təşkilatı) normaları çərçivəsində təşkil olunması, bütün sığorta sisteminin işçiləri qoruyacaq şəkildə formalaşdırılmasıdır. Digər məsələ isə, ümumi sığorta sisteminin daha da praktikləşdirilməsidir, yəni tibbi sığorta sistemi və sosial sığorta sisteminin gücləndirilməsidir", - Türkiyəli nazir qeyd edib.

O, qeyd edib ki, həmin mövzularla bağlı işçi qruplar qarşılıqlı əlaqədədir:

"Hesab edirik ki, Azərbaycandan Türkiyəyə gələnlərin yaxud burada yaşayan Azərbaycan vətəndaşlarının, eləcə də, Türkiyədən gəlib Azərbaycanda yaşayan vətəndaşlarımızın tibbi sahədə qarşılaşdıqları problemlərin daha rahat və asan həlli üçün çalışmalarımızın intensivləşdirilməsi olduqca vacibdir. Burada qurumlar və səhiyyə ocaqlarının da arasındaki əlaqələri genişləndirmək başlıca məqsədlərimizdəndir. Beləliklə, bu əməkdaşlıqları gücləndirməklə gələcəkdə iki qardaş ölkədən olan işçilərin sosial və tibbi sığorta problemlərinin aradan qalxacağını düşünürəm".

  • 19-05-2022, 23:35