AZ   |   RU

Orxan Fikrətoğlu və Tahir Əmiraslanovdan açıqlama - Milli Kulinariya Mərkəzində nə baş verir?


Milli Kulinariya Mərkəzinin keçmiş baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad olunması və yerinə aparıcı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun təyin edilməsi ətrafında gedən müzakirələrə münasibət bildirib. 

Missiya.Az xəbər verir ki, Tahir Əmiraslanov Facebook hesabında verdiyi açıqlamada bunları qeyd edib: 

“Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir.

Zəhmət olmasa sözlərimi yozmayın.

1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir.
Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir.

Onlar da mənı bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.
 
2. Mən Azərbaycan Milli Kulinariya Assosiyasiyası İctimai Birliyinin və Dünya Oslam Kulinariya Birliyinin Prezidentiyəm və bu təşkilatlarən fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.

3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.

4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiyasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqvilə var, Müqavilə 2019- cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiyasiya müqavilənı dəstəkləyir.

5. Biz Dövlət və Milli maraqları, şəxsi və korparativ maraqlardan üstün bilirik.


Başqa jurnalist yozmalarına inanmayın.”

Aparıcı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu da Milli Kulinariya Mərkəzinin baş direktoru vəzifəsinə təyin olunduğuna görə sosial şəbəkələrdə aparılan müzakirələr barədə paylaşım edib.

Orxan Fikrətoğlu təyinatı ilə bağlı öz sosial şəbəkə hesabında bunları yazıb:  

“Azərbaycanın bir çox sahələrində intibaha ehtiyac var. Milli kulinariyanın dijital formatda yeni TV varinatda təqdimatı bütün dünyaya çıxarılacaq. Bu sahənin təhsil mexanizmi nəhayət ki, qurulacaq. İctimai nəzarət mexanizmləri, şəffaflıq təmin ediləcək. Kulinariya bir çoxlarının fikrində deyəsən bozbaşxana kimi şəkillənib. Mən Dövlət Turizm Agentliyinə bu streotipi dağıtmaqda Tahir Əmiraslanov və digərləri ilə birlikdə kömək edirəm. Sakit olun. Mən yemək bişirməyəcəm. Əlbəttə ki, kulinariya mənim sahəm deyil. Amma bir vaxtlar kino və TV də mənim sahəm deyildi. Sonralar oldu… Bacarırsızsa, bu sahədə bizə kömək edin. Bacarmırsızsa, kasada qurd axtarmayın. İcazə verin bütün sahələri salavatlayaq...”

Elvin
Missiya.Az


Baxış sayı: 131
  • 13-05-2022, 13:36