Azərbaycanla Ermənistan arasında planlaşdırılan sülh danışıqları fonunda İrəvanda fəallaşan revanşist qruplar baş nazir Nikol Paşinyanı devirmək üçün bütün güclərini səfərbər edirlər. Mitinqlərin əsas təşkilatçıları isə keçmiş prezidentlər Robert Köçaryan və Serj Sarkisyandır.
Tarixə nəzər salsaq görərik ki, Qarabağ ətrafında sülh prosesinin aktivləşdiyi bütün dövrlərdə gizli əlin idarə etdiyi siyasi qruplar Ermənistanı qarışdırmağa cəhd edir, iki xalqın əminəmanlıq şəraitində yaşamasına mane olmaq istəyir. Hazırda da həmin proseslərin təkrarlandığı müşahidə olunur.
Proseslər göstərir ki, “Qarabağ klanı” Nikol Paşinyanı devirmək üçün 3 ssenari üzərində işləyir:
1. “Siyasi təzyiq” “Qarabağ klanı” bu ssenarini ilk dəfə keçmiş prezident Levon Ter-Petrosyanın dövründə həyata keçirib. 1998-ci ildə prezident Levon Ter-Petrosyan işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı ATƏT-in Minsk qrupunun təklif etdiyi “Mərhələli həll” variantını Ermənistan üçün məqbul sayırdı.
Həmin dövrdə “Qarabağ klanı”nın rəhbərlərindən olan baş nazir Robert Köçrayan müəyyən xarici dairlərin köməkliyi ilə Qarabağla bağlı ciddi siyasi qərarlar qəbul etməyə hazırlaşan Levon Ter-Petrosyana təziq göstərib istefasına nail oldu. Bu ssenari İkinci Qarabağ Müharibəsindən sonra Nikol Paşinyan hakimiyyətinə qarşı tətbiq olundu. Məğlub hökuməti müharibəni uduzmaqda günahlandıran siyasi qruplar, bu yolla Paşinyana təziq göstərib onu hakimiyyətdən uzaqlaşdırmağa çalışdılar. Amma Paşinyan siyasi təzyiqlərə qarşı müqavimət göstərdi, parlament seçkilərində qalib gələrək öz postunu qorumağı bacardı. Görünən odur ki, artıq “Qarabağ klanı”nın birinci ssenarisi iflasa uğrayıb.
2. “Kütləvi itaətsizlik” ssenarisi Ermənistanda xaricdən idarə olunan siyasi qruplar, xüsusilə “Qarabağ klanı” ölkənin müxtəlif şəhərlərində təşkil olunan kütləvi itaətsizlik aksiyaları ilə Nikol Paşinyanı devirməyə cəhd göstərir. Köçaryan və Sarkisyanın rəhbərliyi ilə keçirilən aksiyalarda iştirak edən insanlar Azərbaycanla sülhə qarşı olduqlarını açıq şəkildə bəyan edirlər. Amma mitinqlərdən çəkilən görüntülərdən aydın olur ki, Azərbaycanla sülhə qarşı çıxanların sayı çox azdır. Çünki xalq müharibədən bezib və həmçinin 20 ildən artıq müddətdə hazırda hakimiyyəti ələ keçirmək istəyən “Qarabağ klanı”nın həqiqi simasını görüb, ölkəni necə talan etdiyinə şahidlik edib.
Erməni cəmiyyəti oğru, talançı və qaniçən idarəçiliyi ilə yaddaşlarda qalan Köçaryan-Sarkisyan cütlüyündən yaxşı heç nə gözləmir. Həqiqətən də erməni cəmiyyəti Köçaryan-Sarkisyan cütlüyünün apardığı talançı siyasətin acı nəticələrini indi də yaşayır.Ermənistanda keçirilən son parlament seçkiləri də göstərdi ki, hətta Azərbaycanla müharibədə ağır məğlubiyyət, çoxsaylı insan itkisinə baxmayaraq, erməni xalqı keçmiş cinayətkar və qaniçən rejimin rəhbərlərinə yenidən meydan vermək niyyətində deyil. Günlərdir davam edən mitinqlər heç bir nəticə vermir və Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi bağlamaqda israrlıdır.
Görünən odur ki, Paşinyana qarşı “itaətsizlik aksiyaları” ssenarisi də iflasa uğrayır.
3. “Sui-qəsd” ssenarisi Proseslər göstərir ki, “Qarabağ klanı”nın “siyasi təzyiq” və “kütləvi itaətsizlik” mitinqləri ssenarisi iflasa uğrayıb. Ona görə də qaniçən Köçaryan-Sarkisyan cütlüyü və onların tərəfdarları Nikol Paşinyan hakimiyyətini devirmək üçün digər ssenariləri sınaqdan keçirmək fikirindədir. Həmin ssenarilərdən biri silahlı qarşıdurma yaratmaq və qan tökməkdir. Artıq demək olar ki, planın ilkin mərhələsinə start verilib. Məlumata görə, general Samvel Karapetyan Xankəndinin mərkəzində 4 gəncə odlu silahdan atəş açıb. Karapetyan erməni millətçilərinin 1988-ci ildən Azərbaycan ərazilərində başladığı terror siyasətinin fəallarındandır, hərbi əməliyyatlarda fəallığı və qəddarlığı ilə seçilib. 2008-ci il martın 1-də Ermənistanda 2008-ci il 19 fevralda keçirilmiş prezident seçkilərinin nəticələrinə etiraz edən dinc mitinqçilərin qətlə yetirilməsi ilə bağlı aparılan cinayət işinin nəticələrinə görə, Karapetyan aksiya iştirakçılarının gülləbaran edilməsinə birbaşa rəhbərlik edib.

Cinayətkar general Köçaryanın tərəfdarı olduğu və Paşinyan hakimiyyətinə qarşı fəallığı ilə seçildiyi deyilir. Hazırda Paşinyan hakimiyyəti devirmək istəyən bu cütlük əvvəlki qanlı ssenarilərini reallaşdırmağa cəhd göstərirlər, Qarabağda hərbi vəziyyəti gərginləşdirmək planları qururlar. Hətta həmin siyasi qrup separatçı Araik Arutunyanı da aradan götürməyi planlaşdırır. Məqsəd isə Arutunyana qarşı sui-qəsd təşkil edib, Qarabağda siyasi təsir imkanlarını artırmaqdır.
Daha sonra Ermənistanda hakimiyyəti ələ keçirmək istəyirlər. Amma Köçaryan, Sarkisyan, Karapaetyan və onlar kimilər unutmamalıdır ki, hazırda 1990-cı ilin əvvəlləri deyil. Həmçinin nə Azərbaycan 90-ci illərin əvvəllərindəki kimi zəifdir, nə də erməni cəmiyyəti 90-cı illərin pisxologiyasındadır. Ona görə də bu gün onların həmin qanlı ssenariləri həyata keçirmək imkanları sıfra bərabərdir. Təbii ki, Qarabağla bağlı hər hansı siyasi və hərbi gərginliyə cəhd olunarsa, Ermənistan növbəti dəfə revanşistlərin özbaşınalığının acı nəticələrini ödəmək məcburiyyətində qalacaq.
Elvin Məmmədov
Missiya.Az