AZ   |   RU

Çavuşoğlu: “Prezidentimizin yeganə məqsədi Putinlə Zelenskini bir araya gətirməkdir”


Nə qədər ki, müharibə davam edir, belə şeylər (Kiyevin bombalanması - red. ) ola bilər.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O, Prezident Rəcəb Tayyib Ərdoğanın hər iki liderlə telefon danışıqları apardığını da xatırladıb.

“Prezidentimizin yeganə məqsədi müharibəni dayandırmaq və iki lideri bir araya gətirməkdir. Səylərimizi səmimiyyətlə davam etdiririk”, - deyə o bildirib.

Baxış sayı: 190
  • 1-05-2022, 20:58