AZ   |   RU
NATO Ukraynadakı gərginliklə bağlı diplomatik səylərini davam etdirir

NATO ölkələri Ukrayna ətrafındakı vəziyyəti nizamlamaq üçün diplomatik səylərini davam etdirir, lakin hələlik gərginliyin azaldılması əlaməti görünmür.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq alyansın müdafiə nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

"Müttəfiqlər böhranı həll etmək üçün fəal diplomatik səyləri davam etdirirlər. Moskvanın bəyanatlarına baxmayaraq, biz gərginliyin azaldılmasına dair heç bir əlamət görmürük", - Stoltenberq iddia edib.


  • 17-02-2022, 21:07